AZ

BƏƏ də PUA hücumundan sonra liman fəaliyyətini məhdudlaşdırdı

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şərq sahilində yerləşən Füceyrə limanı PUA hücumu və ardınca baş verən yanğından sonra neft əməliyyatlarının bir hissəsini dayandırıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə bu gün səhər saatlarında baş verib. Abu-Dabinin Milli Neft Şirkəti (ADNOC) və liman rəhbərliyi hələlik agentliyin sorğularına cavab verməyib. "Bloomberg" qeyd edir ki, hücum ABŞ qüvvələrinin İranın Xarq adasında neft ixracı üçün əsas infrastrukturun yerləşdiyi əraziyə zərbə endirməsindən sonra həyata keçirilib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
oxu.az

1Mənbələr