Musavat.com Axşam.az-a istinadla "İftar menyusu"nu təqdim edir.
Küftəli qatıq şorbası
Ərzaqlar:
Küftə qarışığı üçün:
300 qram qiymə ət
3 xörək qaşığı incə bulqur
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər
Şorba üçün:
2 stəkan qatıq
3 xörək qaşığı un
5 stəkan su
1 çay qaşığı duz
Üzəri üçün:
2 xörək qaşığı zeytun yağı
2 xörək qaşığı quru nanə
1 çay qaşığı çili bibəri
Hazırlanması:
Küftə ərzaqlarını bir qaba qoyun və yaxşıca yoğurun. Sonra kiçik küftələr düzəldin. Küftələrin yapışmaması üçün onları unlayın. Bir qazana üç stəkan su qoyun və qaynadın. Küftələri qaynar suya əlavə edin və 10 dəqiqə bişirin. Ayrı bir qabda qatıq və unu yaxşıca qarışdırın. Küftələrdən suyu götürüb qatıq-un qarışığına əlavə edin. Hazırladığınız marinaddan yavaş-yavaş küftələrin üzərinə əlavə edin. Ədviyyat əlavə edərkən, şorbanı yavaş odda tez qarışdırın. Təxminən 10 dəqiqə bişirin, yavaş-yavaş qarışdırın. Bişirdikdən sonra duz əlavə edin. Üzərinə nanə qurusu səpərək süfrəyə verin.

Souslu balıq
Ərzaq:
Balıq əti - 1 kq.
Sirkə - ½ stəkan
Sarımsaq - 5 - 6 diş
Bir limonun şirəsi
Duz zövqə görə
Sous üçün:
Doğranmış soğan - 200 qr.
Doğranmış pomidor - 200 qr.
Xırda doğranmış göyərti - 2 dəstə
Zeytun yağı - ½ stəkan
Sirkə - ½ stəkan
Duz zövqə görə
Hazırlanması:
Balığı xırda doğrayıb, sirkə, sarımsaq, limon suyu və duz töküb qarışdırın. Sousun da bütün ərzaqlarını qarışdırın. Hər iki qarışığı soyuducuda 4 saat saxlayın. Sonra qaba bir lay balıq düzüb, bir lay sous düzün. Üzərinə su əlavə edib, vam odda bişirin. Süfrəyə verərkən üzərinə yenə sous əlavə edin.

Şokolad vulkan
Ərzaqlar:
500 qr. şokolad
1.5 stəkan un
1.5 stəkan pudra şəkəri
7 ədəd yumurta
2 xörək qaşığı kərə yağı
Hazırlanması:
Şokoladı kiçik hissələrə bölün, şüşə qaba qoyun və yanına kərə yağını əlavə edin. qaynar su olan qaba qoyun və əridin. Digər qabda yumurta, pudra şəkərini mikserlə qarışdırın. Ərimiş şokoladı içinə əlavə edin və qaşıqla qarışdırın. Üstünə un töküb qarışdırın. Sobaya qoya biləcəyiniz şüşə qablara töküb, 180 dərəcə isidilmiş sobada 12 dəqiqə bişirin.
