AZ

Bakıda mühüm görüş: Hacıyev Çin rəsmisi ilə nəyi müzakirə edib?

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 2019–2025-ci illərdə Çin hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi olan Vu Honqbo ilə görüşüb. Görüşdə Çinin Azərbaycandakı səfiri Lu Mey də iştirak edib.

Tərəflər görüş zamanı Azərbaycan və Çin arasında hərtərəfli strateji əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar, əsas regional məsələlər müzakirə edilib.

Globalinfo.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Azərbaycan Çin ilə strateji tərəfdaşlıq imkanında maraqlıdır:

“Beynəlxalq məsələlərdə də iki ölkənin mövqeləri üst-üstə düşür. Bakı və Pekinin son illərdə icra etdiyi və edəcəyi ortaq layihələrin sayı xeyli artıb. Çin üçün Azərbaycan etibarlı tərəfdaşdır. Buna görə investisiya imkanları dəyərləndirilir.

Elxan Şahinoğlu

İki ölkə münasibətlərində orta dəhliz məsələsi də strateji əhəmiyyət daşıyır. Birgə böyük bazara çıxış əldə edilir. TRİPP layihəsi də bunun tərkib hissəsidir. Bu layihənin icrası ilə Çin məhsullarının Avropaya nəqli artacaq.

Hesab edirəm ki, Hikmət Hacıyev və Vu Honqbo arasında baş tutan görüşdə əsasən bu məsələlər müzakirə edilib. Yaxın Şərqdə baş verən proseslərin müzakirəsi də istisna deyil”.

Turan Rzayev

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
globalinfo.az

1Mənbələr