AZ

Qaradağ rayonunda yerləşən tarixi karvansaranın ətrafında təmizlik aksiyası keçirilib (FOTO)

Bakı.Trend:

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı vəBərpası üzrə Dövlət Xidməti tərəfindən Qaradağ rayonunda yerləşən,ölkə əhəmiyyətli memarlıq abidəsi olan (108 inventar nömrəli)karvansaranın ətrafında təmizlik aksiyası keçirilib.

Bu barədə Trend-ə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpasıüzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Dövlət Xidmətinin, Bakı Regionalİdarəsinin, Qobustan Milli Tarix-Bədii Qoruğunun və Qaradağ rayonuSəngəçal bələdiyyəsinin əməkdaşları iştirak ediblər.

Aksiya çərçivəsində tarixi abidənin ətrafı məişəttullantılarından təmizlənib, ərazidə abadlıq və səliqə-sahmanişləri görülüb.

Qədim karvan yolları üzərində yerləşən Qaradağ rayonu ərazisindəbir neçə karvansara mövcuddur. Onlardan biri də Səngəçalkarvansarası kimi tanınan sözügedən tarixi tikilidir. XV əsrdə inşaolunan abidə tarixən karvan yollarından istifadə edən tacirlərin vəsəyyahların dayanacaq məkanı kimi fəaliyyət göstərib. Son dövrlərəqədər isə iaşə obyekti kimi istifadə olunub.

Tarixi abidələrin qorunması, ətraf-mühitin mühafizəsi, yaşıllıqzonalarının təmizlənib genişləndirilməsi, eləcə də vətəndaşlarınmədəni irs nümunələrinin mühafizəsinə diqqətinin daha daartırılması məqsədi daşıyan bu kimi aksiyaların davamlı təşkilolunması planlaşdırılır.

Qaradağ
Qaradağ
Qaradağ
Qaradağ
Seçilən
77
4
az.trend.az

5Mənbələr