AZ

SEPAH ın eks komandiri: “İran ABŞ ı sarsıdıb”

ain.az, Hurriyyet portalına istinadən məlumat yayır.

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı və Məqsədyönlülük Şurasının katibi Möhsün Rezai bildirib ki, Hörmüz boğazı bağlı qalacaq və heç bir Amerika gəmisinin Fars körfəzinə girməsinə icazə verilməyəcək.

Modern.az xəbər verir ki, bu barədə Press TV-nin məlumatında bildirilib.

Möhsün Rezainin sözlərinə görə, ABŞ-ın Fars körfəzindəki mövcudluğu son 50 ildə qeyri-sabitliyin əsas mənbəyi olub.

"Əsl təhlükəsizlik yalnız ABŞ Fars körfəzindən çıxdıqda və regional ölkələr Hörmüz boğazına nəzarəti ələ keçirdikdə əldə edilə bilər. Müharibəyə son qoymaq bizim əlimizdədir", - Rezai deyib.

İran rəsmisi vurğulayıb ki, müharibə İran ABŞ-dan tam kompensasiya aldıqda və gələcəyi üçün hərtərəfli zəmanət təmin etdikdə başa çatacaq.

"ABŞ Fars körfəzindən çıxmadan gələcəyimizi təmin etmək mümkün deyil. İran müharibədə qalib gəlib və ABŞ-ın dominantlığını sarsıdıb. Müharibədən sonra İran əvvəlkindən fərqli olacaq və regiondakı mövqeyi möhkəmlənəcək", - deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
hurriyyet.az

1Mənbələr