İran İsrail ərazisinə yeni raket zərbələri endirməyə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb. Amma hədəflər və ya atılan raketlərin sayı barədə heç bir məlumat verilməyib.
İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti isə bəyan edib ki, İrandan İsrail istiqamətində raket buraxılışı qeydə alınıb, Hava Hücumundan Müdafiə (HHM) sistemləri təhlükənin aradan qaldırılması üzərində işləyir.