AZ

Bellingem MS-yə qarşı oynaya biləcək?

Bilindiyi kimi, “Real” ciddi itkilərə baxmayaraq, Çempionlar Liqasının 1/8 finalının ilk oyununda “Mançester Siti” üzərində inamlı qələbə (3:0) qazanıb.

"Football-plus.az" xəbər verir ki, komandanın zədəli oyunçularının son vəziyyəti ilə bağlı yeni məlumat yayılıb. Son matçları buraxan Kilian Mbappenin İngiltərədə keçiriləcək cavab oyununda iştirak etmək şansının olduğu bildirilir.

Fransalı hücumçu ilə yanaşı, müdafiəçilər Alvaro Karreras və David Alabanın da həlledici oyuna qədər yaşıl meydanlara qayıtması gözlənilir. Lakin yarımmüdafiəçi Cud Bellingemin gələn həftə “şəhərlilər”ə qarşı oynamayacağı dəqiqdi. Ferlan Mendinin vəziyyəti isə aparılacaq əlavə müayinələrdən sonra məlum olacaq.

“Mançester Siti” – “Real” cavab matçı martın 17-də keçiriləcək.

Seçilən
68
1
football-plus.az

2Mənbələr