AZ

Yaxın Şərqdəki münaqişə qlobal ərzaq böhranı yarada bilər SOS

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaxın Şərq regionunda davam edən silahlı toqquşmalar gübrə təchizatında yaranan fasilələr səbəbindən dünya miqyasında ərzaq qıtlığı ehtimalını artırıb.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Məlumatda qeyd olunur ki, gərginliyin artması qlobal səviyyədə ən populyar azot gübrəsi sayılan karbamid ixracını ləngidib. Ümumi həcmi 2.1 milyon ton olan məhsulun demək olar ki, yarısı alıcılara çatdırılmayıb.

"Kpler" analitik mərkəzinin məlumatına əsasən, Fars körfəzi zonasında 1.1 milyon tondan artıq gübrə ehtiyatı yığılıb qalıb.

KİV bildirir ki, məhsuldarlığı 50 faizədək artıran bu məhsulun dəyəri Yaxın Şərqdə münaqişə alovlanandan bəri sürətlə bahalaşıb.

Dünya üzrə karbamid ixracının təqribən üçdə bir hissəsi hazırda İran tərəfindən bloklanmış Hörmüz boğazı vasitəsilə daşınır. Təbii qaz ehtiyatlarının azlığı səbəbindən artıq bir sıra Asiya ölkələrində yerləşən gübrə istehsalı müəssisələri də işini dayandırmaq məcburiyyətində qalıb. Hərbi toqquşmaların başlandığı dövrdən etibarən karbamidin bazar qiymətində 40 faizdən çox artım qeydə alınıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
3
cebheinfo.az

4Mənbələr