Bakı. Trend:
"Beşiktaş" yayda müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyiplanlaşdırır.
Trend bu barədətürk KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, istanbul nəhənginin əsas hədəfi icarə əsasında"Marsel"də çıxış edən Fakundo Medinadır. "Qara qartallar"argentinalı mərkəz müdafiəçisini transfer etmək üçün yaxın günlərdəonun müqavilə ilə məxsus olduğu "Lans"la danışıqlara başlamağıplanlaşdırır.
Qeyd edək ki, Fakundo Medina mövsümün əvvəlindən "Marsel"dəçıxış edir.