İrandan İsrail istiqamətində atılan ballistik raket qeydə alınıb.
Far.Az "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, hazırda Hava Hücumundan Müdafiə (HHM) sistemləri təhlükənin aradan qaldırılması üzərində işləyir.
"Bir müddət əvvəl IDF qüvvələri İrandan İsrail ərazisinə doğru raket buraxılışı qeydə alıb. HHM sistemləri raketlərin zərərsizləşdirilməsi üzərində işləyir", - məlumatda bildirilib.