AZ

Tramp ABŞ təyyarələrinin Səudiyyə Ərəbistanına zərbədə məhv edilməsi xəbərini təkzib edib

ABŞ Prezidenti Donald TrampThe Wall Street JournalThe New York Timesqəzetlərinin ABŞ-ın yanacaq dolduran təyyarələrinin Səudiyyə Ərəbistanına endirilən zərbə nəticəsində məhv edilməsi barədə xəbərlərini təkzib edib.

APA xəbər verir ki, bu barədə o, “Truth Social”dakı paylaşımında bildirib.

Tramp bazanın bir neçə gün əvvəl vurulduğunu, lakin təyyarələrin vurulmadığını və ya məhv edilmədiyini qeyd edib.

“Beş təyyarədən dördündə demək olar ki, heç bir ziyan olmayıb və onlar artıq xidmətə qayıdıblar. Birində bir az daha çox ziyan olub, amma tezliklə havada olacaq. Saxta Xəbərlərin başlıqlarında deyildiyi kimi heç biri məhv edilməyib”.

Tramp hər iki qəzeti və digər media qurumlarını hadisə ilə bağlı yanlış məlumat verməkdə günahlandırıb.

“Onların dəhşətli xəbərləri faktiki faktların tam əksidir! Onlar həqiqətən də Amerika Birləşmiş Ştatlarına vurduqları ziyandan xəbərsiz xəstə və dəli insanlardır”, - ABŞ Prezidenti bildirib.

Seçilən
56
5
apa.az

6Mənbələr