Birləşmiş Ərəb Əmirliklərinin hava hücumundan müdafiə sistemləri 9 ballistik raket və 33 PUA-nı ələ keçirib.
Musavat.com xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi sosial media hesabında məlumat yayıb.
“14 martda Birləşmiş Ərəb Əmirliklərinin hava hücumundan müdafiə sistemləri İrandan atılan 9 ballistik raketi və 33 pilotsuz uçuş aparatını ələ keçirib”.
Nazirlik bildirib ki, İranın hücuma başlanğıcından bəri BƏƏ-nin hava hücumundan müdafiə qüvvələri İrandan atılan 294 ballistik raket, 15 qanadlı raket və 1600 PUA-nı ələ keçirib.
“Bu hücumlar nəticəsində BƏƏ, Pakistan, Nepal və Banqladeş vətəndaşları arasında 6 ölüm, BƏƏ, Misir, Sudan, Efiopiya, Filippin, Pakistan, İran, Hindistan, Banqladeş, Şri-Lanka, Azərbaycan, Yəmən, Uqanda, Eritreya, Livan, Əfqanıstan, Bəhreyn, Komor adaları, Türkiyə, İraq, Nepal, Nigeriya, Oman, İordaniya, Fələstin, Qana, İndoneziya və İsveç vətəndaşları arasında isə 141 nəfər yüngül və orta dərəcəli xəsarət alıb.
Müdafiə Nazirliyi suverenliyin, təhlükəsizliyin və sabitliyin qorunmasını, eləcə də milli maraqların və imkanların qorunmasını təmin edərək, istənilən təhdidlərə qarşı tam hazır olduğunu və dövlətin təhlükəsizliyini pozmaq cəhdlərinə qətiyyətlə müqavimət göstərdiyini bir daha təsdiqləyir”, - deyə bəyanatda bildirilir.
Musavat.com