AZ

İranlı deputat Ukraynanı hədələdi: “Hədəfimiz olacaqlar!”

Ukrayna İsrailə dron dəstəyi verməklə faktiki olaraq müharibənin tərəfinə çevrilib.

KONKRET.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri İbrahim Əzizi özünün X sosial media səhifəsində bildirib.

“İsrail rejimini dronlarla dəstəkləməklə, dağılmış Ukrayna faktiki olaraq müharibəyə cəlb olunub və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə əsasən, bütün ərazisini İran üçün qanuni hədəfə çevirib”, – deyə Əzizi yazıb.

İranlı deputat paylaşımı Volodimir Zelenski və Benyamin Netanyahunun birgə fotosu ilə təsvir edib.

Ukrayna lideri Volodimir Zelenski 9 martda “The New York Time”s qəzetinə verdiyi açıqlamada Ukraynanın Yaxın Şərqdəki ABŞ bazalarını qorumaq üçün tutucu dronlar və dron mütəxəssisləri göndərdiyini bildirib.\\Modern.az

Seçilən
54
konkret.az

1Mənbələr