AZ

Moskvaya kütləvi dron HÜCUMU - Hava limanları BAĞLANDI

Ukrayna Silahlı Qüvvələri Rusiyanın paytaxtı Moskvaya kütləvi PUA hücumu həyata keçirib.

Musavat.com xəbər verir ki, bu barədə Moskva şəhərinin meri Sergey Sobyanin bildirib.

Onun sözlərinə görə, gün ərzində hava hücumundan müdafiə qüvvələri paytaxt istiqamətində uçan 31-dən çox pilotsuz uçuş aparatını (PUA) vurub.

Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviatsiya) məlumatına görə, Domodedovo və Jukovski hava limanlarında müvəqqəti olaraq uçuşların qəbul və göndərişinə məhdudiyyətlər tətbiq olunub.

Musavat.com

Seçilən
41
musavat.com

1Mənbələr