AZ

Tərtərdə doğuş zamanı ölüm: Şöbə müdiri və həkimlər kimlərdir?

Tərtər rayonunda doğuş zamanı 19 yaşlı Tərtər rayon Hacıqərvənd kənd sakini Allahverdiyev Röya Zahid qızının vəfat etməsi ilə bağlı müzakirələr davam etdiyi bir vaxtda rayonun doğum şöbəsində çalışan həkimlərin siyahısı məlum olub.

NOCOMMENT.az xəbər verir ki, Tərtər Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin müdiri mama-ginekoloq Tağıyeva Tamella Alı qızıdır.

Şöbədə fəaliyyət göstərən mama-ginekoloq həkimlər isə aşağıdakılardır:
Yusifova Gülarə Abbas qızı, Təhməzova Nazilə Vəli qızı, Əliyeva Ləman Sabir qızı, Baxşəliyeva Minirə Əvəz qızı, Aslanova Zöhrə Məmməd qızı, Məhərrəmova Afaq Rüstəm qızı və Məmmədova Ziyafət Soltan qızı.

Məlumata görə, ölüm hadisəsində adı hallanan mama-ginekoloqlar Məmmədova Ziyafət Soltan qızı və doğum şöbəsinin müdiri Tağıyeva Tamella Alı qızıdır.

Qeyd edək ki, doğum şöbəsinin müdiri Tağıyeva Tamella Alı qızı 13 aprel 1961-ci ildə Tərtər rayonunda anadan olub. O, 1980–1986-cı illərdə Nəriman Nərimanov adına Tibb İnstitutunda pediatriya ixtisası üzrə təhsil alıb. 1987-ci ildə internaturanı bitirib. Daha sonra 1995-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda mama-ginekoloq ixtisası üzrə təhsil alıb. 1995–2012-ci illərdə Tərtər Rayon Mərkəzi Xəstəxanasının doğum və ginekologiya şöbəsində mama-ginekoloq kimi çalışıb. 2012-ci ildən etibarən isə həmin şöbənin müdiri vəzifəsində fəaliyyət göstərir.

Digər mama-ginekoloq Məmmədova Ziyafət Soltan qızı isə 26 avqust 1969-cu ildə Bərdə rayonunun Bəcirəvan kəndində anadan olub. O, 1989–1995-ci illərdə Nəriman Nərimanov adına Tibb İnstitutunda müalicə-profilaktika ixtisası üzrə təhsil alıb. 1995-ci ildə Bərdə Rayon Mərkəzi Xəstəxanasında mama-ginekoloq ixtisası üzrə internaturanı bitirib. 1996–1998-ci illərdə Tərtər rayonunun Bəyimsarov kənd həkim məntəqəsində çalışıb. 1998-ci ildən isə Tərtər Rayon Mərkəzi Xəstəxanasında mama-ginekoloq kimi fəaliyyət göstərir.

Hazırda baş verən ölüm faktı ilə bağlı araşdırmalar davam edir.

Nərmin
Nocomment.az

Seçilən
16
nocomment.az

1Mənbələr