AZ

SON DƏQİQƏ! “Bəsic” qorxu içində: İsrail qırıcıları Tehran səmasında “təmizləmə” aparır

İran daxilində xalqa qarşı amansız rəftarı ilə tanınan “Bəsic” yaraqlıları İsrail ordusunun hava əməliyyatları qarşısında aciz qalıb.

İsrail Müdafiə Ordusunun (SAXAL) fars dilindəki rəsmi hesabında İran xalqına ünvanlanan müraciətdə bildirilir ki, öz həmvətənlərinə qarşı qanlı qırğınlar törədən “Bəsic” üzvləri artıq qorxu içində gizləniblər.

İsrail hərbi təyyarələrinin Tehran küçələri üzərində sərbəst şəkildə uçaraq “Bəsic” yaraqlılarını və onların nəzarət-buraxılış məntəqələrini dəqiqliklə məhv etdiyi vurğulanır.

NOCOMMENT.az xəbər verir ki, müraciətdə şəhər səmalarında eşidilən İsrail qırıcılarının səsini simvolik məna daşıdığı qeyd olunub. Bildirilir ki, bu səslər Tehran küçələrinin zorakılıqdan təmizlənməsinin sübutudur. Əvvəllər İran xalqının qəlbinə hakim olan qorxu artıq yerini “Bəsic” terrorçularının qorxusuna verib. İsrail ordusu bu əməliyyatlarla təhlükəsizliyin bərpa olunduğu və xalqı sıxan repressiv qüvvələrin geri çəkildiyi mesajını verir.

Sara,
NOCOMMENT.az

Seçilən
36
nocomment.az

1Mənbələr