AZ

İran Ukraynanı “qanuni hədəf” elan etdiyini açıqlayıb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İran rəsmiləri Ukraynanın Yaxın Şərq regionuna pilotsuz uçuş aparatları və dron əleyhinə mütəxəssislər göndərmək qərarına görə Kiyevi münaqişənin tərəfi kimi qiymətləndirdiklərini bəyan ediblər.

TurkicWorld xəbər verir ki, İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri İbrahim Əzizi Ukraynanın bu addımını sərt tənqid edib.

Onun sözlərinə görə, Ukraynanın İsraili pilotsuz uçuş aparatları ilə dəstəkləməsi faktiki olaraq münaqişəyə qoşulması deməkdir.

İbrahim Əzizi bildirib ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən İran özünü müdafiə hüququna malikdir və bu səbəbdən Ukrayna ərazisi potensial hədəf kimi qiymətləndirilə bilər.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Yaxın Şərq regionunda pilotsuz uçuş aparatlarına qarşı mübarizə üçün dron-əleyhinə sistemlər və mütəxəssislərin göndərilməsi barədə göstəriş verdiyini açıqlamışdı.

Məlumatlara görə, ABŞ Ukraynada istehsal olunan dron-əleyhinə sistemlərin alınmasına maraq göstərir. Eyni zamanda region ölkələri də bu texnologiyalara diqqət yetirir.

Media məlumatlarına əsasən, SkyFall şirkətinin istehsal etdiyi P1-Sun adlı dron-tutucu sistemlər xüsusilə maraq doğurur. Təxminən 1000 dollar dəyərində olan bu sistemlər ucuz pilotsuz aparatlara qarşı mübarizədə daha səmərəli alternativ kimi qiymətləndirilir.

Seçilən
13
turkic.world

1Mənbələr