AZ

Bavariya Bayer lə məğlubiyyətdən doqquz nəfərlə xilas ola BİLDİ

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

Almaniya Bundesliqasının 26-cı turu çərçivəsində Leverkuzenin "Bayer" və Münhenin "Bavariya" komandaları arasında keçirilən oyun başa çatıb.

Redaktor.az xəbər verir ki, final fitindən sonra tablo 1:1 hesabını göstərib.

Qarşılaşma Leverkuzendə yerləşən "BayArena" stadionunda baş tutub. Matçın baş hakimi Tallixtenberqdən olan Kristian Dingert olub.

Oyunun 6-cı dəqiqəsində Aleş Qarsiya hesabı açaraq "aspirinlər"i irəli çıxarıb. 42-ci dəqiqədə qonaqların heyətində Nikolas Cekson qırmızı vərəqə alaraq meydandan qovulub.

61-ci dəqiqədə Harri Keyn hesabı bərabərləşdirsə də, topa əl ilə toxunduğu üçün qol qeydə alınmayıb. 69-cu dəqiqədə Luis Dias cavab qolunu vuraraq hesabı bərabərləşdirib.

84-cü dəqiqədə münhenlilər daha bir zərbə alıblar: Luis Dias ikinci sarı vərəqəni görərək meydandan kənarlaşdırılıb və "Bavariya" oyunu doqquz nəfərlə davam etdirməli olub. 90+3-cü dəqiqədə Jonas Hofmann qələbə qolunu vursa da, ofsayd səbəbindən bu qol da ləğv edilib.

Bu nəticədən sonra "Bayer" 45 xalla Almaniya çempionatının turnir cədvəlində altıncı pillədə qərarlaşıb. "Bavariya" isə 67 xalla liderliyini qoruyub.

Növbəti turda "aspirinlər" martın 21-də səfərdə "Haydenhaym"la qarşılaşacaq. Münhen təmsilçisi isə həmin gün öz meydanında "Union"u qəbul edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
61
2
redaktor.az

3Mənbələr