AZ

Bakı-Qazax magistralına bağlanan yol bərbad vəziyyətdəVİDEO

Yayda toz və çala-çuxur, qışda isə palçıq... 22 kilometr uzunluğu olan Qaraməryəm-Müsüslü yolu illərdir bu vəziyyətdədir…

Xezerxeber.az xəbər verir ki, bu yol Göyçayın bir neçə kəndini rayon mərkəzinə birləşdirməklə yanaşı, Bakı-Şamaxı-Yevlax avtomobil yolunu Bakı-Qazax magistralına bağlayan əsas alternativ marşrutlardan biridir. Yolun bərbad vəziyyətdə olmasından ən çox əziyyət çəkən isə sakinlərdir:

Yolun hərəkət hissəsində asfalt qatı tam sıradan çıxıb, yol yatağı eroziyaya uğrayıb.

Avtomobil Yolları Dövlət Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, Qaraməryəm-Müsüslü avtomobil yolunun yenidən qurulması ilə əlaqədar layihə hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Layihənin təsdiqlənməsi və maliyyə vəsaitinin ayrılması gözlənilir. Bu işlər həyata keçirilən kimi yolun yenidən qurulmasına start veriləcək. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
26
xezerxeber.az

1Mənbələr