AZ

Üç uşaq anası dəm qazından zəhərlənərək öldü

Neftçala rayonunda qadın dəm qazından zəhərlənərək ölüb.

Bakıvaxtı.az  xəbər verir ki, hadisə rayonun Qoltuq qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1988-ci il təvəllüdlü Abbasova Lətafət İnqilab qızı hamamda dəm qazından zəhərlənərək həyatını itirib.

Qeyd edək ki, mərhum üç uşaq anası olub.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo

Seçilən
17
bakivaxti.az

1Mənbələr