AZ

İran Trampı görün nə ilə təəccübləndirdi

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp və onun müşavirləri İranın həyata keçirdiyi cavab tədbirlərinin miqyası və genişliyindən təəccübləniblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Fars körfəzi regionundakı ABŞ müttəfiqləri də Vaşinqtonun addımlarından narazıdır. Onlar qapalı müzakirələrdə ABŞ administrasiyasını regionu təhlükə altına salan müharibəyə başlamaqda ittiham edirlər. Müttəfiqlər hesab edir ki, bu qarşıdurma körfəz ölkələrinin təhlükəsizliyinə zərbə vurmaqla yanaşı, bölgənin biznes və investisiya üçün cəlbedici imicini də sarsıdır.

Mənbələrin sözlərinə görə, Donald Tramp həmin ölkələrin liderləri ilə bir sıra qapalı danışıqlar aparıb. Ancaq ABŞ bölgədən qoşunların çıxarılmasını planlaşdırmır. Əksinə, regiona əlavə dəniz piyadaları və hərbi gəmilər göndərilir.

Bəzi rəsmilərin fikrincə, hərbi əməliyyatlar bir neçə həftə və ya daha uzun müddət davam edə bilər. Bununla yanaşı Trampın hərbi əməliyyatları dayandıraraq qələbə elan edəcəyi ehtimalı da səsləndirilir.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
globalinfo.az

1Mənbələr