AZ

Bakıda piyada zolağından istifadə edənlər ağacların arası ilə hərəkət edirlərVİDEO

Piyada zolağından sonra səki yoxdur, piyadalar ağacların arasından keçib getməli olurlar...

Xezerxeber.az xəbər verir ki, bura paytaxtın Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsidir. Piyadaların intensiv hərəkət etdikləri bu küçədə bir isiqamətdə səki olsa, da digər tərəfdə yoxdur. Piyadalar deyirlər ki, keçiddən istifadə edənlər səki olmadığı üçün məcbur qalıb ya yolun hərəkət hissəsi ilə gedirlər, ya da ağaclığa girirlər:

Eyni zamanda avtomobillərin intensiv hərəkətdə olduğu bu ərazidə yolu keçmək piyadaların həyatı üçün ciddi təhlükə yaradır. Xüsusən, uşaq və ya təkərli oturacaqla zolağı keçmək daha risklidir.

Ərazidə yaşayanlaar deyirlər ki, sözügedən problem illərdir var. Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan ''Xəzər Xəbər''ə bildirildi ki, əraziyə yerində baxış keçirilib, piyadaların rahat hərəkəti üçün müvafiq tədbir görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
23
xezerxeber.az

1Mənbələr