AZ

Azərbaycan güləşçisi Avropa çempionatında finala vəsiqə qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Elmin Əliyev (82 kq) Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

90deqiqe.Az xəbər verir ki, güləşçimiz yarımfinal görüşündə Belarus təmsilçisi İllia Valeuski ilə üz-üzə gəlib. Qarşılaşma Elmin Əliyevin 8:2 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, Azərbaycan idmançısı qitə birinciliyinin final mərhələsində qızıl medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, U-23 Avropa çempionatına martın 15-də yekun vurulacaq.

Seçilən
33
90deqiqe.az

1Mənbələr