Misli Premyer Liqasında XXIV turun daha bir qarşılaşması baş tutub.
90deqiqe.Az xəbər verir ki, günün ikinci oyununda “Zirə” öz meydanında “Qarabağ”ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilən matç qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində 22-ci dəqiqədə Joni Montiel hesabı açıb. İkinci hissədə Kamilo Duran 55-ci dəqiqədə fərqlənərək komandasının üstünlüyünü artırıb. Oyunun 70-ci dəqiqəsində “Zirə”dən Ceyhun Nuriyev fərqi azaltsa da, 72-ci dəqiqədə Kadi Borges son nöqtəni qoyub.
Bu qələbədən sonra xallarının sayını 52-yə çatdıran “Qarabağ” turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Zirə” isə 39 xalla dördüncü sıradadır.
Qeyd edək ki, günün ilk qarşılaşmasında “Sabah” səfərdə “İmişli”ni 5:0 hesabı ilə məğlub edib.
Turun digər oyunlarında “Araz-Naxçıvan” “Karvan-Yevlax” üzərində 2:1 hesablı qələbə qazanıb, “Şamaxı” isə “Sumqayıt”ı 1:0 hesabı ilə üstələyib. XXIV tura martın 15-də yekun vurulacaq.