AZ

"İnter" evdə "Atalanta" ilə heç-heçə etdi

İtaliya A Seriyasının 29-cu turunda "İnter" ilə "Atalanta" komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, "Cüzeppe Meatsa" stadionunda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. 

Oyunda hesabı 26-cı dəqiqədə meydan sahiblərinin hücumçusu Françesko Espozito açıb. Qonaqlar isə matçın 82-ci dəqiqəsində cavab veriblər. Nikola Krstoviç fərqlənərək hesabı bərabərləşdirib.

Hazırda "İnter" 68 xalla turnir cədvəlinə başçılıq edir. "Atalanta" isə 47 xalla yeddinci pillədə qərarlaşıb.

Növbəti turda "İnter" martın 22-də səfərdə "Fiorentina" ilə qarşılaşacaq. "Atalanta" isə həmin gün öz meydanında "Verona"nı qəbul edəcək.

Seçilən
25
90deqiqe.az

1Mənbələr