AZ

Əraqçi: ABŞ və İsrail İranın siyasi sisteminin təməllərini sarsıda bilməyiblər

BAKI, 14 mart. TELEQRAF

ABŞ və İsrailin hərbi əməliyyatları İran hakimiyyətinin işinə təsir göstərməyib və İslam Respublikasının siyasi quruluşu sarsıdılmayıb.

Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

"İslam Respublikası heç bir fərddən və ya qrupdan asılı olmayan bir sistemdir. Bu, çox yaxşı təşkil olunmuş siyasi strukturdur. Ali Liderimizə sui-qəsdən sonra sistem düzgün işləməyə davam etdi. Gördüyünüz kimi sistemə heç nə olmayıb, nizam qorunub saxlanılıb, hər şey hələ də nəzarət altındadır", - deyə o, "MS Now" televiziya kanalına verdiyi müsahibədə bildirib.

Seçilən
25
1
teleqraf.com

2Mənbələr