AZ

Qara dənizdə baş verən insident Qazaxıstan neftinə təsir etməyib

Astana, 14 mart, AZƏRTAC

Hadisə baş verən zaman Maran Homer tankerinin göyərtəsində Qazaxıstan nefti olmayıb.

AZƏRTAC Qazaxıstan Energetika Nazirliyinə istinadən xəbər verir ki, ölkənin ixrac xam neftində heç bir itkiyə yol verilməyib.

Xatırladaq ki, medianın məlumatına görə, Yunanıstanın Maran Homer tankeri Qara dənizdə naməlum obyektin hücumu nəticəsində zədələnib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
16
3
azertag.az

4Mənbələr