AZ

SEPAH komandirinin evi vuruldu – VİDEO

İran mənbələrinin məlumatına görə, İsrail və ABŞ qüvvələrinin İlam vilayətində SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) komandirlərindən birinə məxsus olduğu bildirilən evə endirdiyi zərbə ağır itkilərlə nəticələnib.

Musavat.com xəbər verir ki, hücum nəticəsində eyni ailənin altı üzvü həlak olub.

Ölənlər arasında altı aylıq körpənin də olduğu bildirilir.

Məlumata əsasən, zərbə SEPAH komandirini hədəfə almaq məqsədilə endirilib. Lakin hücum zamanı evdə olan ailə üzvləri də dağıntılar altında qalaraq həyatını itirib.

Hadisənin baş verdiyi İlam vilayəti İranın qərbində, İraq sərhədi yaxınlığında yerləşir və son günlər regionda hərbi gərginlik fonunda bir sıra zərbələrin qeydə alındığı bildirilir.

Musavat.com

Seçilən
38
musavat.com

1Mənbələr