AZ

Azərbaycanın qadın basketbol millisi səfərdə Monteneqro yığmasına uduzub

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

"Cebheinfo.az" xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv səfərdə Monteneqro ilə üz-üzə gəlib.

Matç rəqibin 93:35 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan yığması daha əvvəl Bolqarıstana hər iki oyunda (48:141, 40:120), Monteneqroya (62:104) və Ukraynaya (34:98) məğlub olub.

Qeyd edək ki, yığma martın 17-də Bakıda Ukrayna ilə qarşılaşacaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
1
cebheinfo.az

10Mənbələr