Yaponiya hakimiyyəti ölkənin Özünümüdafiə Qüvvələri üçün Ukrayna istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) satın alınması və silahlanmaya qəbul edilməsi imkanlarını nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə “Kyodo” mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, bu məqsədlə Yaponiya hökuməti müvafiq məxfi məlumatların qorunmasını nəzərdə tutan silahların ötürülməsinə dair saziş imzalaya bilər.
Bu, həmçinin Kiyevə Yaponiya istehsalı olan silahların tədarükü üçün yol aça bilər; belə ki, silah ixracı qaydalarında planlaşdırılan dəyişikliklərə əsasən, bu cür tədarüklər üçün qeyd olunan sazişin mövcudluğu zəruridir.