AZ

"Qarabağ"a qarşı uğur qazanmaq üçün..." -Rəşad Sadıqov

Misli Premyer Liqasının 24-cü turunda "Zirə" "Qarabağ"a 1:3 hesabı ilə məğlub olub.

Fanat.Az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Oyun bizim üçün yaxşı başladı, təhlükəli hücumlarımız var idi. Birinci hissənin ortalarında rəqib Montielin qolu ilə hesabda irəli çıxdı. O dəqiqələrdən sonra 5-10 dəqiqə oyunumuzda eniş oldu, rəqib daha üstün idi. Hətta 2-ci qolu vura bilərdilər. Qapı tirindən dönən top oldu. Hissənin sonlarına yaxın oyun bizim üçün daha yaxşı keçdi. 2:0-dan sonra oyunu dəyişdirmək çətin idi. Əvəzetmələr etdik, müəyyən effekt verdi. 2:1-dən sonra düşünürdük ki, rəqibi basqı altında saxlasaq, qol vura bilərik. Amma "Qarabağ" irəli atıldı və 3-cü qolunu vurdu. Bu gün meydanda güclü, yaxşı "Qarabağ" var idi. Futbolçularım əllərindən gələnin ən yaxşısını etməyə çalışırdılar. Mübarizə apardılar. Hansısa məqamlarda alınırdı, hansısa məqamlarda alınmırdı. Oyun təbii olaraq "Qarabağ"ın dominantlığı ilə keçirdi. Amma bizim futbolçular da yaxşı əzmkarlıq apardılar. 2:0-da, 3:1-də ruhdan düşmədilər, ən azından bir xal qazanmaq istəyirdik. Təəssüflər olsun ki, alınmadı. Bu cür "Qarabağ"a qarşı uğur qazanmaq üçün gərək hər şey sənin üçün uğurlu alınsın."

Seçilən
45
fanat.az

1Mənbələr