AZ

Ukraynadan sərt addım: İranlı siyasətçi "qara siyahı"ya salındı

İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri İbrahim Əzizi Ukraynanın qalmaqallı "Mirotvorets" saytının məlumat bazasına daxil edilib.

"Ölkə.az" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Sayt iranlı siyasətçini terrorizm, hərbi cinayətlər, eləcə də Ukraynanın suverenliyi və ərazi bütövlüyünə qəsddə ittiham edir.

Qeyd edək ki, martın 14-də Əzizi Ukraynanın bütün ərazisinin İranın hücumları üçün "qanuni hədəf"ə çevrildiyini bəyan etmişdi.

Xatırladaq ki, "Mirotvorets" saytı 2014-cü ildə yaradılıb və onun məlumat bazasına Ukraynanın milli təhlükəsizliyinə təhdid hesab edilən şəxslər daxil edilir. Bu siyahıya müxtəlif vaxtlarda jurnalistlər, siyasətçilər və ictimai xadimlər də salınıb.

Seçilən
69
1
olke.az

2Mənbələr