AZ

Əfqanıstan qırmızı xətti keçdi Zərdari

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Pakistan ərazisinə pilotsuz uçuş aparatları ilə hücum edən Əfqanıstan hakimiyyəti “qırmızı xətti” keçib.

Globalinfo.az xəbər verir ki, bunu Pakistan Prezidenti Asif Əli Zərdari bildirib.

Onun sözlərinə görə, “Taliban” hakimiyyəti Pakistanın mülki ərazilərinə dron zərbələri endirməklə ciddi eskalasiyaya yol verib.

“Prezident Zərdari Pakistanın mülki ərazilərinə pilotsuz uçuş aparatları ilə edilən hücumları qəti şəkildə pisləyib və bildirib ki, Əfqanıstan talibləri qırmızı xətti keçiblər”, – deyə prezident administrasiyasının “X” sosial şəbəkəsində yayımladığı məlumatda qeyd olunub.

Xatırladaq ki, martın 13-də Əfqanıstan Müdafiə Nazirliyi Pakistanın Xeybər Paxtunxva əyaləti və paytaxt İslamabadda hərbi obyektlərə zərbələr endirildiyini açıqlayıb. Pakistan ordusunun mətbuat xidməti isə bütün dronların vurulduğunu və hədəflərə çatmadığını bildirib. Qurumun məlumatına görə, pilotsuz uçuş aparatlarının qalıqlarının düşməsi nəticəsində 4 mülki şəxs yaralanıb.

Xatırladaq ki, fevralın 26-da axşam saatlarında Əfqanıstan-Pakistan sərhəd xəttində döyüşlər yenidən başlayıb. Kabil son günlər Pakistanın Əfqanıstan ərazisinə endirdiyi hava zərbələrinə cavab olaraq hərbi əməliyyat keçirdiyini açıqlayıb.

Aysel Əliyeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
globalinfo.az

1Mənbələr