AZ

İran ABŞ-a güzəştə getməyə hazır olub?

“İran, ABŞ-ın hücumundan əvvəl nüvə sahəsində genişmiqyaslı güzəştlərə getməyə hazır idi”.

Publika.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "MS Now" telekanalının efirində bildirib.

Onun sözlərinə görə, tərəflər fevralın 26-da Cenevrədə keçirilən danışıqlarda əhəmiyyətli irəliləyiş əldə ediblər: “Tehran böyük güzəştlərə getməyə hazır idi, lakin Vaşinqton öz mövqeyini təhrif edir”.

Diplomat bildirib ki, danışıqlar zamanı 440 kiloqram materialın 60 faizə qədər zənginləşdiriləcəyini açıqlayıb və əgər bu material daha da zənginləşdirilərsə, bu, 10 bomba üçün kifayət edə bilər. Ona görə də İran ondan imtina etməyə və onu daha aşağı dərəcəyə qədər saflaşdırmağa hazır idi.

Seçilən
62
publika.az

1Mənbələr