AZ

İran Hörmüz boğazından Hindistan gəmilərinə təhlükəsiz keçid icazəsi verib

ain.az bildirir, Ayna portalına istinadən.

Səfir: "İicazə verilib, amma neçə gəmiyə icazə verildiyini deyə bilmərəm"

İran Hörmüz boğazından Hindistan bayrağı altında üzən gəmilərə təhlükəsiz keçid icazəsi verib. AYNA.AZ xəbər verir ki, bu barədə İranın Hindistandakı səfiri Məhəmməd Fətəli "India Today" qəzetinə bildirib.

Hindistan gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verilib-verilmədiyi soruşulduqda, səfir belə bir icazənin verildiyini təsdiqləyib: "Bəli, icazə verilib, amma neçə gəmiyə icazə verildiyini deyə bilmərəm".

Əvvəllər Hindistan Gəmiçilik Korporasiyasına məxsus iki Hindistan bayrağı altında üzən mayeləşdirilmiş təbii qaz tankerinin Hörmüz boğazından keçdiyi və Hindistana geddiyi bildirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
75
ayna.az

1Mənbələr