AZ

Xamenei GERİ DÖNÜR - Animasiya yayımlandı

İran mediasına yaxın platformalarda ali dini lider Əli Xamenei ilə bağlı hazırlanmış animasiya videosu yayılıb.

Musavat.com xəbər verir ki, təxminən iki dəqiqə davam edən video siyasi-hərbi ssenari üzərində qurulub və animasiya üslubunda hazırlanıb.

Animasiya süjetində əvvəlcə İran rəhbərliyinə, o cümlədən Əli Xameneiyə qarşı hücum və ölüm ssenarisi göstərilir. Daha sonra hadisələrin inkişafı fonunda İranın buna cavab verdiyi, ölkənin hərbi və siyasi sisteminin fəaliyyətini davam etdirdiyi təsvir olunur.

 

Musavat.com

Seçilən
74
musavat.com

1Mənbələr