AZ

ABŞ səfirliyi Venesuelada 7 ildən sonra yenidən açıldı

BAKI, 15 mart. TELEQRAF

ABŞ-nin Venesuelanın paytaxtı Karakasdakı səfirliyi yeddi illik fasilədən sonra fəaliyyətini yenidən bərpa edib.

Teleqraf xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.

Bildirilib ki, bu addım Vaşinqtonla Karakas arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

“ABŞ və Venesuela arasında münasibətlərdə yeni dövr başlayır”, – deyə ABŞ-nin Venesueladakı müvəqqəti işlər vəkili Laura Doqunun bəyanatında qeyd olunub.

O xatırladıb ki, ABŞ bayrağı Karakasdakı səfirliyin binasında sonuncu dəfə 2019-cu il martın 14-də endirilmişdi.

Seçilən
40
teleqraf.com

1Mənbələr