AZ

Qazaxıstanda yeni Konstitusiya layihəsi ilə bağlı referendum keçiriləcək

Qazaxıstanda yeni Konstitusiyanın qəbul edilməsi ilə bağlı bu gün ümumxalq referendumu keçiriləcək. Vətəndaşlardan təklif olunan Konstitusiya layihəsini dəstəkləmələri və ya rədd etmələri xahiş olunacaq.

"Report"un məlumatına görə, Konstitusiya islahatı təşəbbüsü ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxış edib.

Dövlət başçısı 2025-ci ilin sentyabrında 30 ildən çoxdur qüvvədə olan Konstitusiyaya dəyişiklik edilməsi təklifini irəli sürüb. O, xüsusən ikipalatalı parlamentin birpalatalı parlamentə çevrilməsini təklif edib.

Daha sonra, bu ilin yanvarında Tokayev həmçinin Vitse-prezident vəzifəsinin yaradılmasını, məsləhət orqanlarında islahatların aparılmasını, preambulada dəyişiklik edilməsini və bir sıra digər düzəlişlərin olunması təklifi ilə çıxış edib.

İslahatları hazırlamaq üçün 100-dən çox siyasətçi, ekspert və ictimai xadimdən ibarət Konstitusiya Komissiyası yaradılıb. Komissiyanın işin yekununda təklif olunan dəyişikliklər mövcud Konstitusiyanın 80 %-dən çoxunu əhatə etdiyindən yeni əsas qanun layihəsinin hazırlanması qərara alınıb.

Seçilən
76
9
far.az

10Mənbələr