AZ

İsrailin hava qalxanı çökür: Təl-Əviv ABŞ-yə kritik siqnal verdi

İsrail hökuməti ölkənin hava hücumundan müdafiə arsenalında ciddi azalma yarandığını Vaşinqtona çatdırıb. Musavat.com xəbər verir ki, bu barədə Semafor nəşri amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, söhbət xüsusilə uzaq mənzilli raket hücumlarının qarşısını almaq üçün istifadə olunan raket-tutuculardan gedir. Nəşr qeyd edir ki, bu sistemlər İsrailin hava müdafiəsinin ən effektiv elementlərindən sayılır və hazırkı hərbi gərginlik şəraitində onların ehtiyatının azalması ciddi narahatlıq yaradır.

ABŞ rəsmiləri bildiriblər ki, İsrailin arsenalındakı bu azalma Ağ Ev üçün gözlənilməz olmayıb. Vaşinqton bir müddətdir ki, regionda davam edən hərbi əməliyyatlar fonunda İsrailin müdafiə ehtiyatlarının sürətlə azaldığını izləyirdi.

Bununla yanaşı qeyd olunur ki, ABŞ-nin özündə raket-tutucu çatışmazlığı yoxdur və Vaşinqton Yaxın Şərqdə yerləşən hərbi obyektlərini qorumaq üçün kifayət qədər müdafiə vasitələrinə malikdir. ABŞ rəsmilərinin sözlərinə görə, bölgədəki bazaların müdafiəsi üçün lazımi arsenal saxlanılır.


Musavat.com

Seçilən
95
musavat.com

1Mənbələr