AZ

44 yaşlı aktrisa qara mini donda göz qamaşdırdı

Məşhur aktrisa Cessika Alba Las-Veqasda keçirilən məclisdə görüntülənib.

Publika.az xəbər verir ki, bu barədə "InStyle" məlumat yayıb.

44 yaşlı Cessika Alba qara mini don və ona uyğun büstqalterdə poza verib. Obrazı kolqotka və alçaqdaban ayaqqabılar tamamlayıb. Aktrisanın saçları yumşaq dalğalarla düzümlənib və dodaq parıldadıcısından istifadə edilməklə axşam makiyajı olunub.

Məşhur ulduz kinoprodüser Keş Uorrendən olan üç övladını böyüdür: Hevenlə yanaşı, onlar 17 yaşlı Onor-Mari və 7 yaşlı Heysə tərbiyə verirlər. 2025-ci ilin yanvarında aktrisa 20 illik münasibətdən sonra həyat yoldaşından boşandığını elan edib. Onlar hələ "Fantastik dördlük" filminin çəkilişləri zamanı tanış olmuşdular. İnsayderlər dəqiqləşdiriblər ki, Alba və Uorren boşanma səbəbi kimi "barışmaz ixtilafları" göstəriblər.

Seçilən
85
publika.az

1Mənbələr