AZ

20 yaşlı futbolçu həbs edildi - Qətldə ittiham olunur

Rusiyanın “Ural” klubunun futbolçusu Daniil Sekaç qadını qətlə yetirməkdə şübhəli bilinir.

Azreform.info xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

Bildirilir ki, 20 yaşlı oyunçu 48 yaşlı Moskva sakinini qətlə yetirməkdə şübhəli bilinir.

Mənbənin məlumatına görə, futbolçu zərərçəkmişin evinə girib onu öldürməkdə ittiham edilir. Şübhəli qadının qızını aldadaraq evə girib. Təxminən eyni vaxtda məktəbli qızın anası evə qayıdıb. Məlumata görə, o, qadının döyüb, bir neçə dəfə bıçaqlayıb. Qadın hadisə yerində ölüb. Ehtimal ki, futbolçu fırıldaqçıların təsiri altında hərəkət edib.

Seçilən
44
3
azreform.info

4Mənbələr