AZ

Bakıdakı qeyri adi toyun gizlinləri: Nə baş verir? VİDEO

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Sosial şəbəkələrdə 93 yaşlı bir kişinin 42 yaşlı qadınla ailə qurduğunu əks etdirən görüntülər geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bunun sadəcə klip çəkilişi olduğunu iddia etsə də, digərləri hadisənin real olduğunu bildirir. Məsələ xüsusilə cütlük arasındakı 51 yaş fərqinə görə diqqət çəkir və müxtəlif suallar doğurur.

Bu yaşda bir insanın ailə qurması nə dərəcədə mümkündür? Üstəlik, belə böyük yaş fərqi olan münasibətdə sevgidən danışmaq olarmı, yoxsa burada başqa amillər rol oynayır?

Globalinfo.az-a danışan psixoloq Zeynəb Eyyubova deyib ki, məsələ insanların diqqətini daha çox yaş fərqi və bu münasibətin psixoloji tərəfləri baxımından çəkir:

“Psixoloji baxımdan qeyd etmək lazımdır ki, insanın ailə qurmaq istəyi yalnız müəyyən yaş dövrü ilə məhdudlaşmır. İnsan ömrünün son mərhələlərində belə sosial bağlılıq, yaxınlıq və emosional dəstəyə ehtiyac duyur. Bu səbəbdən nəzəri olaraq 90 yaşdan sonra belə nikahın bağlanması mümkündür və bu, hüquqi və bioloji baxımdan da istisna deyil. Yaş fərqinin böyük olması isə cəmiyyətdə həmişə müzakirə mövzusu olub. 40-50 il yaş fərqi olan münasibətlərdə tərəflərin motivasiyası müxtəlif ola bilər. Bəzən burada həqiqətən qarşılıqlı hörmət və emosional bağlılıq mövcud olur. Lakin bəzi hallarda sosial, maddi və ya psixoloji ehtiyaclar da münasibətin formalaşmasında rol oynaya bilər. Məsələn, yaşlı insan üçün tənhalıqdan çıxmaq, qayğı görmək və özünü sosial olaraq lazım hiss etmək vacib ola bilər. Digər tərəf üçün isə təhlükəsizlik hissi, maddi sabitlik və ya fərqli psixoloji səbəblər rol oynaya bilər”.

Zeynəb Eyyubova

Sevgi məsələsinə gəldikdə isə, psixoloq bildirib ki, sevginin konkret yaş həddi yoxdur:

“Lakin sağlam münasibətin formalaşması üçün tərəflərin psixoloji yetkinliyi, azad iradəsi və münasibətdə qarşılıqlı hörmətin olması əsas şərtlərdən sayılır. Yaş fərqi böyük olduqda münasibətin davamlılığı, həyat tərzi fərqləri və gələcək planlarla bağlı sualların yaranması da təbiidir. Bu tip hadisələrə cəmiyyət çox vaxt emosional reaksiya verir. Halbuki hər bir münasibəti ümumiləşdirmək doğru deyil. Əsas məsələ tərəflərin qərarı könüllü verib-verməməsi, münasibətin manipulyasiya və ya asılılıq üzərində qurulmamasıdır. Psixoloji baxımdan belə mövzulara sensasiya kimi deyil, insan ehtiyacları və münasibətlərin müxtəlifliyi prizmasından yanaşmaq daha sağlam yanaşma hesab olunur”.

Посмотреть эту публикацию в Instagram

Публикация от Globalinfo.az (@globalinfo_az)

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
110
globalinfo.az

1Mənbələr