23 yaşlı britaniyalı xizəkçi Qabriel Qledhil Oslodakı Dünya Kubokunda Kral Marafonu zamanı tamaşaçıların spirtli içki təklifini qəbul etdiyini bildirib.
İdman.Biz xəbər verir ki, o, 50 km-lik yarışın üçüncü dövrəsində içki içməyə başlayıb.
Qledhill çempion Einar Hedeqartdan 20 dəqiqədən çox geri qalaraq 67-ci yeri tutub. Onun Norveçdə daimi yaşayış üçün müraciətinə rədd cavabı verilib. İndi o, 28 marta qədər Skandinaviya ölkəsini tərk etməlidir.
“Hardasa üçüncü dövrədə pivə içməyə başladım. O qədər də içməmişdim, amma bir az sərxoş olmağa başladım. Hər şeyi içdim: pivə, daha sərt içkilər. Hətta kimsə mənə ağız yaxalamaq üçün maye təklif etdi. Amma demək olar ki, dərhal qusdum. Bu, çox əyləncəli bir təcrübə idi.
Bu qərar (Norveçdə yaşayış icazəsinin yenilənməməsi) həyatımı dəyişdirir. 28 marta qədər Norveçi və Şengen bölgəsini tərk etməliyəm. Bu, çox çətin və gözlənilməzdir. Bu, sevgilimlə ayrılmaq kimidir. Burada çox yaxşı vaxt keçirdim, Norveçi sevirəm. Bu, çox kədərlidi”, - deyə VG Qledhillin sözlərindən sitat gətirir.
Xizəkçini sonuncu dövrədə marafona 45 dəqiqə sonra başlayan Cessika Diqqins (ABŞ) və Frida Karlsson (İsveç) ötüblər.