BAKI, 15 mart. TELEQRAF
Livanın şiə hərəkatı Hizbullah İsrail hərbçilərinə qarşı növbəti kütləvi raket hücumu həyata keçirdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.
Məlumata görə, hücum Livanın cənubunda, sərhəd yaxınlığında yerləşən Adeysi yaşayış məntəqəsi yaxınlığında baş verib. Bildirilir ki, Hizbullah dəstələri İsrail hərbçilərinin mövqelərini kütləvi raket atəşinə tutub.
Hərəkat daha əvvəl də İsrailin Aviviym yaşayış məntəqəsində yerləşən hərbi kazarmalarda olan israilli hərbçilərin atəşə tutulduğunu açıqlamışdı.