AZ

Metereoloqlar həyəcan təbili çalır: Dünya yeni iqlim təhlükəsi ilə üz üzə

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

Yaxın vaxtlarda baş verə biləcək "El-Ninyo" iqlim fenomeni son on ilin ən güclüsü ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Fobos" hava mərkəzinin mütəxəssisi Mixail Leus öz "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, "El-Ninyo" Sakit okeanın ekvatorial hissəsində suyun temperaturunun anormal şəkildə artması ilə əlaqədardır. Bu proses qlobal temperaturun yüksəlməsinə, eləcə də dünyanın müxtəlif bölgələrində təhlükəli hava şəraitinin yaranmasına səbəb ola bilər.

ABŞ-nin Okean və Atmosfer Tədqiqatları üzrə Milli İdarəsinin (NOAA) proqnozuna görə, fenomen iyun-avqust aylarında yenidən başlayacaq və ən azı 2026-cı ilin sonuna qədər davam edəcək.

Meteoroloqlar bildirirlər ki, fenomenin ən güclü təsiri qarşıdakı qış mövsümündə hiss olunacaq. Nəticədə 2026 və 2027-ci illər meteoroloji müşahidələr tarixində ən isti illərdən biri ola bilər. Sakit okeanda suyun temperaturunun normadan 1,5-2 dərəcə yüksək olacağı gözlənilir./oxu.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
105
7
bakivaxti.az

8Mənbələr