ABŞ Prezidenti Donald Tramp İranın özünü müdafiə qabiliyyətini lazımınca qiymətləndirməyib və hərbi əməliyyatlara nəzarəti itirib.
Redaktor.az xəbər verir ki, bu barədə Demokrat senator Kris Mörfi özünün feysbuk səhifəsində bildirib.
“İndi tamamilə aydındır ki, Tramp bu müharibəyə nəzarəti itirib. O, İranın qisas almaq qabiliyyətini ciddi şəkildə qiymətləndirməyib. Region alovlar içindədir”, – deyə o yazıb.
Senator əlavə edib ki, Amerika qoşunlarının Iran ərazisinə qurudan hücumu “Armageddon”a çevrilə bilər və ağır itkilərlə nəticələnə bilər.
Aminə ŞAHSUVARQIZI