sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Arsenal"ın vingeri Maks Dauman Premyer Liqa tarixində qol vuran ən gənc oyunçu olub. Sport24.az xəbər verir ki, o, "Everton"la oyunda fərqlənməklə bu ada sahib çıxıb.
İngilis futbolçu 16 yaş 73 günlüyündə komandasının 21-ci turda "Everton"u 2:0 hesabı ilə məğlub etdiyi oyunda fərqlənib.
Qeyd edək ki, əvvəlki rekord "Everton"un oyunçusu Ceyms Vondiyə (16 il 270 gün) məxsus idi. O, 2005-ci ildə "Kristal Palas"la matçda (4:0) adını tabloya yazdırmışdı.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.