AZ

İran Ukraynanı “QANUNİ HƏDƏF” elan etdi

İran Parlamentinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri İbrahim Əzizi Kiyevə qarşı kəskin çıxış edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İ.Əzizi “X” hesabında Ukrayna ərazisinin İran üçün “qanuni hədəf” olduğunu bəyan edib.

 

O, Ukraynanı İsrailə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə dəstək verməkdə ittiham edərək bu addımın Kiyevi faktiki olaraq müharibənin tərəfinə çevirdiyini bildirib: “Ukrayna İsrail rejiminə dronlarla dəstək verməklə faktiki olaraq müharibəyə cəlb olunub və BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, bütün ərazisini İran üçün qanuni hədəfə çevirib”.

 

Qeyd edək ki, BMT Nizamnaməsinin 51-ci maddəsi dövlətlərin özünümüdafiə hüququnu tənzimləyir. Hazırda isə Kiyev və Tehran arasında diplomatik münasibətlər ən gərgin dövrünü yaşayır.

Seçilən
20
3
senzor.az

6Mənbələr