AZ

Tramp ABŞ nin İranla sazişin şərtlərindən məmnun olmadığını bildirib

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla mümkün sazişin şərtlərindən məmnun olmadığını bildirib.

"Report"un məlumatına görə, o, bu barədə "NBC News"a müsahibəsində deyib.

ABŞ liderinin sözlərinə görə, İran müqavilə bağlamaqda maraqlıdır, lakin təklif olunan şərtlər ABŞ-ni qane etmir.

Tramp əlavə edib ki, hazırda Tehranla potensial müqavilənin dəqiq şərtlərini açıqlamaq niyyətində deyil.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
49
2
azpolitika.info

3Mənbələr