Oxu.az saytına istinadən ain.az xəbər verir.
"Qarşıdakı dövrün dünya üçün çox ciddi və təhlükəli olacağını düşünürəm".
Oxu.Az xəbər verir ki, bunu Ərəb Liqasının sabiq baş katibi, Misirin keçmiş xarici işlər naziri Amr Musa Bakıda keçirlən "Cənub-Şərqi Avropa və Trans-Xəzər Biznes Sammiti: Enerji və infrastruktur sahəsində tərəfdaşlıqlar üçün dəhlizlərin genişləndirilməsi" mövzusundakı tədbirdə deyib.
O bildirib ki, Yaxın Şərqdəki proseslər belə davam etsə, qlobal sülh ciddi şəkildə zərər görə bilər:
"ABŞ əvvəlki kimi balanslaşdırıcı aktor kimi çıxış etmir. Fəqli mövqe sərgiləyir. Rəsmi Vaşinqton daha əvvəl həm ərəb dövlətləri, həm də İsrail üçün balanslaşdırılmış siyasət aparır, tarazlığı qoruyurdu. Hazırda sual yaranır: ABŞ İsrail-ərəb ölkələri münaqişəsinin həlli üçün tərəfləri yekun razılığa gətirmək istiqamətində çalışacaqmı, yoxsa ərəb dünyasına və digər tərəflərə qarşı daha açıq şəkildə müəyyən bir siyasi xətt yürüdəcək?"
O bildirib ki, bölgədə son baş verənlər İsrailin dominatlığını təmin etmək üçündür:
"Məqsəd regionda elə bir vəziyyət yaratmaqdır ki, İsrail güclü və dominant mövqeyə malik olsun. Bu istiqamətdə bəzi böyük dövlətlərin dəstəyini görürük. Düşünürəm ki, bu strategiya müəyyən dərəcədə uğur qazana bilər".
Məlik Məlikov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.